10 İyul 2026
Dünya futbolu

“Çelsi” onun üçün 65 milyon istədi

“Çelsi” Kay Havertsin qiymətini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı alman futbolçu artıq klubdan ayrılmaq istədiyini bildirib. Onun “zadəganlar”la 2025-ci ilə qədər müqaviləsi olsa da, Havarets yayda komandadan gedəcək.

“The Guardian”-ın xəbərinə görə, “Real” və “Bavariya” klubları almaniyalı oyunçunun xidmətində maraqlıdır. Ancaq London təmsilçisi də 23 yaşlı yarımmüdafiəçini asan buraxmaq niyyətində deyil.

Belə ki, rəhbərlik Haverts üçün 65 milyon funt strelinq tələb edir. 

Ötən mövsüm Premyer Liqanın 35 oyununda yarımmüdafiəçi 7 qol vurub, 1 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43