09 İyul 2026
Dünya futbolu

Messinin “Barselona” israrı davam edir

Lionel Messi “Barselona”ya qayıtmaq üçün hər şeyə hazırdır.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun atası Xorxe Messi oğlunun Kataloniya klubuna keçməsi üçün “İnter Mayami”dən kömək istəyib. Belə ki, Amerika təmsilçisi argentinalını transfer edib bir illik “Barselona”ya icarəyə verə bilər.

Hazırda Messi ailəsi bu variantın üzərində çalışır. “Braselona”nın ulduz futbolçuya digər klublar qədər yüksək məbləğli təklif verməyə imkana çatmır.

“İnter Mayami” isə Leo üçün illik bonuslar xaric 50 milyon avro maaş təqdim edib. Oyunçu onlarla anlaşıb bir il müddətində icarə əsasında “Barselona”da çıxış etmək niyyətindədir.

Messinin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatır və o, azad agentə çevriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43