“Qarabağ” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Niderlandın II liqa təmsilçisi “Almere” klubunun müdafiəçisi Teo Barbe ilə maraqlanır. “Köhlən atlar” yanvardan oyunçunu izləyir.
Artıq futbolçunun meneceri ilə təmasa keçilib.
Barbe Niderland klubuna ötən ilin avqust ayında Xorvatiyanın “Lokomotiva” komandasından keçib. O, Fransanın U-20, U-19 millilərində də çıxış edib.
Nüfuzlu “transfermarkt” saytı oyunçunun qiymətini 400 min avro olaraq göstərir. O, cari mövsüm komandası ilə 34 oyun keçirib.