Ölkə futbolu

“Kəpəz”dən ayrılan qapıçı “Sumqayıt”da – RƏSMİ

“Sumqayıt” klubu heyətinə qapıçı cəlb edib.

İdmanxeber.az-ın məlumata görə, son mövsümü “Kəpəz”də keçirmiş Orxan Sadıqlı ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Orxan Sadıqlı 2018/2019 mövsümündə “Sumqayıt”ın heyətində iki oyun keçirib. 30 yaşlı qolkiper karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” (hazırkı “Şamaxı”) və “Zirə”nin də uğurları üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43