Dünya futbolu

“Real”da mövsümün ən yaxşısı seçildi

Vinisius Junior 2022/23 mövsümü üçün “Real”da ilin ən yaxşı oyunçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı mövsümün 55 matçında 23 qol vurub, 18 məhsuldar ötürmə edib. O, azarkeşlər arasında keçirikən səsvermədə hamını qabaqlayıb.

“Azarkeşlərin belə dəstəyindən çox məmnunam. Həmişə özümü ən yaxşı şəkildə nümayiş etdirmək üçün irəliləməyə və inkişaf etməyə davam edəcəm” – deyə, Vinisius bildirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43