09 İyul 2026
İdman

Bədii gimnastlarımız Misirə yollandılar

Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədəki “Pharaohs Cup” beynəlxalq turnirində iştirak edəcəklər.

İdmanxeber.az-ın məlumata görə, gənclərdən ibarət yığma, fərdi gimnastlar Nuray Əhmədzadə və Şəms Ağahüseynova, eləcə də qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yarışa yollanıblar.

Qeyd edək ki, “Pharaohs Cup” 9-11 iyunda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43