Dünya futbolu

Mahir Emreli “Beşiktaş”a qol vurdu – YENİLƏNİB

Türkiyə Super Liqasının 38-ci turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasının geyindiyi “Konyaspor” səfərdə “Beşiktaş”la üz-üzə gəlib. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 3:3.

Konya klubunun ikinci qolunu 47-ci dəqiqədə Mahir Emreli vurub. O, meydana ikinci hissə daxil olub.

Xatırladaq ki, aktivində 51 xalı olan “Konyaspor” 8-ci pillədə qərarlaşıb. “Beşiktaş” isə Super Liqanı 78 xalla üçüncü sırada bitirib.

Beşiktaş – Konyaspor 3:3 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43