Dünya futbolu

Konfrans Liqasının qalibi bəlli oldu

UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turnirin final oyununda İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” klubları üz-üzə gəliblər. Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn London təmsilçisi titula sahib çıxıb.

UEFA Konfrans Liqası
Final
7 iyun
23:00. “Fiorentina” (İtaliya) – “Vest Hem” (İngiltərə) – 1:2
Qollar: 
Cakomo Bonaventura, 67 – Səid Benrahma, 62 (penalti). Carrod Bouen, 90

Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, “Eden Arena”

Qeyd edək ki, Konfrans Liqasının ilk qalibi İtaliya “Roma”sı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43