Dünya futbolu

Mahir Emreli “Konyaspor”la vidalaşdı

“Konyaspor”la icarə müqaviləsi başa çatan millimizin üzvü Mahir Emreli Türkiyə klubundan ayrılır.

İdmanxeber.az xəbər verir ki, 26 yaşlı hücumçu bununla bağlı öz İnstaqram səhifəsində paylaşım edib.

O, “Hər şey üçün təşəkkürlər, “Konyaspor” – deyə, bildirib.

Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdacağı, yaxud da başqa kluba gedəcəyi bilinmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43