“Kəpəz”in sponsor axtarışları davam edir.
Klubun İdarə Heyətinin sədri İlqar Nadiri bu məsələylə bağlı artıq bir müddətdi ki, Bakıdadı. Hələlik isə bu mövzuda hər hansı bir irəliləyişin olmadığı bildirilir.
Nədənsə Futbolun İnkişaf Fondu (FİF) bu məsələdə elə də aktiv tərəf kimi görünmür. Ölkənin ikinci ən böyük şəhərinin tarixi komandası üçün sponsor tapmaq bu qədər çətin olmamalı idi. Hazırki durumda AFFA da bu yöndə müəyyən cəhdlər etsə də, uğursuz alınıb.
Bir müddət əvvəl “Turan Tovuz”a “Huner Group”u, qeyri-rəsmi xəbərlərdə yazılanlara inansaq, PL-də qalsaydı “Şamaxı”ya “Azercell”i baş sponsor kimi tapan FİF-in “Kəpəz”lə bağlı cəhdləri düyünə düşüb. Qurum faktiki olaraq susmaq mövqeyi sərgiləyir.
Hazırda sponsor axtarışları ilə bağlı yalnız klub rəhbərliyinin canfəşanlığı görünür ki, bu da məsələnin həlli üçün kifayət etmir.

