Dünya futbolu

Ronaldo futbol klubu almaq istəyir

“Əl Nəsr”ın hücumçusu Kristiano Ronaldo futbol klubu almaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə portuqaliyalı oyunçu özü açıqlama verib. O, İspaniyada hər hansı bir klubu satın almaq niyyətinin olduğunu bildirib:

“İspaniyaya çox bağlıyam. Burada yaşamağa ümid edirəm. Pensiyaya çıxanda yaşayacağım yerlərdən biri olacaq. Karyeram bitdikdən sonra klub almağı istisna etməzdim. Mən bir futbol klubunun sahibi olmaq istərdim”.

Daha əvvəl hücumçu daha 2-3 il futbol oynamağı planlaşdırdığını bildirmişdi.

38 yaşlı portuqaliyalı 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, ötən mövsüm komandanın heyətində 19 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43