İdman

Fərid Qayıbov federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 9-cu görüşü keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan görüşdə əvvəlcə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançıya müvafiq nişan və vəsiqələr təqdim edilib.

Sonra F.Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, “Goal+” layihəsinin təqdimatı, idman sahəsində vergi güzəştləri və azadolmaları ilə bağlı məlumat verilib. Həmçinin, III Avropa Oyunlarına və XXXI Ümumdünya Yay Universiadasına hazırlıq məsələləri, Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına hazırlıq və digər məsələlər müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43