Səudiyyə Ərəbistanı Liqasının 2022/23 mövsümü üçün simvolik komandası açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, “Əl Nəsr”in hücumçusu Kristiano Ronaldo heyətə daxil edilməyib. Hücumçu Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 14 qol vurub və 2 məhsuldar ötürmə verib.
Onun klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

