“Atletiko”nun ulduz futbolçusu Yoa Feliks sosial şəbəkə hesabından “Qalatasaray”ı izləməyə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı oyunçunun bu addımı onun İstanbul klubuna keçəcəyi iddiasını yaradıb. Növbəti mövsüm Çempionlar Liqasında güclü bir heyət qurmaq niyyətində olan “sarı-qırmızlar”ın ulduz oyunçular transfer edəcəyi gözlənilir.
Feliksin klubu izləməyə başlaması azarkeşləri həyəcanlandırıb. 23 yaşlı oyunçu mövsümü icarə əsasında “Çelsi”də keçirib

