06 İyul 2026
Ölkə futbolu

“Neftçi” mənim oynadığım dövrdə də, indi də ölkənin “flaqman”ıdır”

“Son vaxtlar oyunlara baxmamışam, lakin turnir cədvəlini izləyirəm. Bilirəm ki, “Qarabağ” çempion oldu. “Neftçi” isə 3-cü yeri tutub və kubokda məğlub olub. Deyə bilərəm ki, son 10 ildə “Qarabağ” yüksək səviyyədə çıxış edir və onlarla rəqabət aparmaq çətindir. “Neftçi” üçün indi yaxşı dönəm deyil. Lakin düşünürəm ki, bu çətinlikdən çıxacaqlar. “Neftçi” mənim oynadığım dövrdə də, indi də ölkənin “flaqman”ıdır. Hazırkı durumu analiz etmək və tezliklə bu vəziyyətdən çıxmaq lazımdır”. 

Bu sözləri idmanxeber.az saytına “Neftçi”nin sabiq oyunçusu Georgi Adamiya komandanın cari mövsüm çıxışını dəyərləndirərkən deyib. “Ağ-qaralar”ın veteran futbolçusu Azərbaycan Premyer Liqasında çıxış etdiyi vaxtda stadionları dolu olduğunu, azarkeşlərin komandaya daha çox maraq göstərdiyini bildirib:

“Yaxşı xatırlayıram, o vaxtlar bizim oyunumuza 25-30 min azarkeş gəlirdi. Biz onlara qibtə edirik. Stadionda ideal atmosfer olurdu. İndi təəssüf ki, çempionata maraq azalıb, stadionlar boş qalır. Ancaq avrokuboklarda azarkeşlərin gəldiyini görürük.

Azərbaycanda çox gözəl illər keçirmişəm. Karyeramı bitirdikdən sonrada imkan düşdükcə Bakıya gəlirdim. Orada dostlarım var, özümü evimdəki kimi hiss edirəm. Bakını çox gözəl xatırlayıram və bu şəhəri sevirəm. Buranın insanları çox mehriban və qonaqpərvərdirlər”. 

Hazırda Gürcüstan U-21 millisində baş məşqçinin köməkçisi olan Adamiya “Neftçi”də çalışmaq istəyərsən?” sualına belə cavab verib:

“Əlbəttə. Təklif, imkan olsa, böyük məmnuniyyətlə “Neftçi”də işləmək istəyərəm”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43