07 İyul 2026
Ölkə futbolu

“Məqsədim Premyer Liqada oynamaqdır” – “Şamaxı”nın futbolçusu

“Hələlik klub heç kimlə danışıq aparmır. Müqaviləsi bitən futbolçular da gözləmə mövqeyindədir. Hər kəs “Şamaxı” barədə veriləcək qərarı gözləyir. Klubun taleyi bəlli olandan sonra yekun qərar veriləcək”.

Bu sözləri idmanxeber.az saytına “Şamaxı”nın futbolçusu Əli Səmədov deyib. O, gələcək karyerası ilə bağlı da danışıb. 26 yaşlı oyunçu adının “Kəpəz” klubu ilə hallanmasına belə münasibət bildirib:

“Kəpəz”dən mənə rəsmi təklif gəlməyib. Ona görə, bu barədə heç nə deyə bilmərəm. Hazırda müqavilə ilə “Şamaxı”ya məxsusam. 

Məqsədim Premyer Liqada çıxış etməkdir. Ümid edirəm ki, çempionatda komanda sayı artırılacaq və “Şamaxı” elitanı tərk etməyəcək. Premyer Liqada klub nə qədər çox olsa, bir o qədər yaxşıdır. Hədəfim əsas liqada oynamaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43