“Tottenhem”in futbolçusu Rişarilson gələcək karyerası barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu “Real”da oynamaq istədiyini bildirib:
“Əlbəttə ki, hər bir oyunçu “Real” forması geyinmək istəyir. Bu, dünyanın ən böyük klubudur. Amma mənim öz klubum, müqaviləm var. Göstərməliyəm ki, niyə məni belə baha qiymətə alıblar.
Ötən mövsüm “Tottenhem”də aldığım zədələrə görə yaxşı çıxış edə bilmədim. Amma “Real” forması geyinmək hər bir futbolçunun arzusudur. Amma mən hələ “Tottenhem”də özümü göstərməliyəm”
O, 2022/23 mövsümündə Premyer Liqada 27 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə edib.

