“Real”ın prezidenti Florentino Peres Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Jud Bellingemin transferini şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri ingiltərəli futbolçu barədə xoş sözlər söyləyib:
“Dünyanın ən yaxşı oyunçularından biri bizə qoşuldu. Jud bunu istədiyi üçün buradadır. İstənilən başqa kluba gedə bilərdi, çoxları onu almaq istəyirdi, amma o, “Real” seçdi”.
19 yaşlı ingilislə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfer məbləğinin 103 milyon avro olduğu bildirilirdi.
2022/23 mövsümündə Bellingem bütün yarışlarda 42 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

