Məhəmməd Salah karyerasını PSJ-də davam etdirə bilər.
İdmanxeber.az “Sports Zone” nəşrinə istinadən xəbər verir ki, Paris klubunun prezidenti Nasir Əl-Xelaifi Mərakeşdə “Liverpul”un futbolçusu ilə görüş keçirib. Onlar dünya çempionatından sonra davamlı əlaqədədir.
Əl Xelaifinin Salahı Lionel Messinin əvəzedicisi kimi gördüyü güman edilir.
Təcrübəli oyunçu ötən mövsüm Premyer Liqada 38 oyuna çıxıb, 19 qol vurub, 12 məhsuldar ötürmə edib.

