08 İyul 2026
Dünya futbolu

Renat Dadaşov Super Liqa klubunun hədəfində

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  “Qrasshopper” klubunda forma geyinən hücumçu “Trabzonspor”un maraq diarəsindədi. Qaradəniz təmsilçisinin Dadaşovu icarəyə götürmək niyyətində olduğu bildirilir. 

24 yaşlı hücumçu ötən mövsüm “Qrasshopper”in heyətində 8 qol və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43