08 İyul 2026
Dünya futbolu

Salah PSJ-yə keçir? – açıqlama

“Liverpul”un hücumçusu Muhammed Salahın PSJ-yə keçəcəyi iddialarına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə oyunçunun agenti  Rami Abbas İsa sosial şəbəkə hesabında paylaşım edib. O “Salah Paris təmsilçisinin rəhbəri Nasser Əl Xelaifi ilə görüşməyib və yayılan xəbərlər doğru deyil” – deyə, bildirib.

Daha əvvəl tərəflərin Mərakeşdə görüşdüyü iddia olunurdu.

Futbolçunun ingilis klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi hesablanıb. Salah ötən mövsüm “Liverpul”un heyətində Premyer Liqada 38 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib.

“Transfermarkt” saytı oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43