09 İyul 2026
Dünya futbolu

“Yaxşı insan kimi xatırlanmaq istəyirəm” – Lionel Messi

Argentina millisinin ulduz futbolçusu Lionel Messi ölkə mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, Qətərdə keçirilən dünya çempionatı barədə danışıb. Messi həmin anların özü üçün unutulmaz olduğunu bildirib:

“Dünya çempionatından çox həzz aldım, çünki bilirdim ki, bu mənim üçün sonuncu ola bilər. Düzünü desəm, düşünürəm ki, qalib olmasaydıq, daha millidə olmayacaqdım. Ola bilməzdi ki, mən klub və fərdi səviyyədə hər şeyi qazanım, amma millidə titulum olmasın. Bu, nəyisə əskik etdiyim anlamına gələrdi.

Yol nə olursa olsun, həmişə cəhd etməlisən ki, yaxşı insan olasan. Ümid edirəm ki, geridə buraxdıqlarım yeni nəsilə yaxşı bir mesaj, xatirə kimi qalacaq. Mən ilk növbədə sadəcə idmançı deyil, adi, yaxşı insan kimi xatırlanmaq istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43