“Ramil Şeydayevin Tailand klubuna keçməsinin əsas səbəbi yüksək maaş təklifidir. Belə bir təklfii qaçırmaq istəmədi. Şəxsi seçimidi, normal yanaşıram. Günümüzdə belə hallar çox olur. Məsələn, ərəb klubları yüksək maaşlarla dünya uduzlarını çempionatlarına cəlb etmək istəyirlər. Ramilin də bu seçimini başa düşmək olar”.
Bu sözləri idmanxeber.az saytına Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev Ramil Şeydayevin Tailandın “Buriram Yunayted” klubuna keçmək qərarına münasibət bildirərkən deyib. O, daha sonra belə davam edib:
“Son dövrlər yaxşı formada idi, kifayət qədər təcrübə də toplayıb. Bəlkə də Avropa klublarına getsəydi, daha yaxşı olardı. Ancaq yenə də bilmək olmur. Ümumiyyətlə, yerli futbolçuların Avropada uğurlu olub-olmayacağını demək çətindir. Heç kimin adını çəkməyə risk etmək olmur. Vaxtı ilə ən yaxşılarımız gedib oynaya bilməyiblər. Buna görə də bu barədə konkret nəsə demək çətindi.
Bilirsiniz, Mahir Emreli yenidən Xorvatiyaya qayıtdı. Məncə, nə qədər imkan varsa, Avropada qalmağa çalışsın. Çünki Azərbaycan variantı həmişə var”.
Həsən Quluzadə

