09 İyul 2026
Ölkə futbolu

“Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir” – Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında iştirak edib.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı hücumçu görüşün baş tutacağı “Dalğa Arena”dakı tədbirdə meydana qələbə üçün çıxacaqlarını bildirib:

“Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son görüşdəki nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”.

Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43