“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller Səudiyyə Ərəbistanından bir kluba keçməkdən imtina edib.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçiyə üç illik müqavilə imzalamaq təklif olunub. 33 yaşlı oyunçu isə karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəmədiyini bildirib
Müller 2009-cu ildən “Bavariya”da çıxış edir. Müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
2022/23 mövsümündə o, Münhen komandasının heyətində 40 oyun keçirib, 8 qol vurub və 12 məhsuldar ötürmə edib.

