Gələn mövsüm Premyer Liqada 10 komanda mübarizə aparacaq.
Az öncə İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov bu rəqəmin 12 olduğunu açılamışdı. O, “Zaqatala” və “Araz Naxçıvan”ın növbəti mövsümdən Premyer Liqada işitrak edəcəyini bildirmişdi.
Daha sonra isə AFFA-nın baş katibi Sərxan Hacıyev İK-nin üzvü Elmar Məmmədyarovun yalnış anladığını bildirdi. Hacıyev növbəti mövsüm də çempionatda 10 komandanın olacağını qeyd etdi.
Məsələ ilə bağlı saytımıza açıqlama verən “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov öncə bu qərara olduqca sevindiklərini bildirsə də, daha sonra xəbərin doğru olmamasına belə münasibət bildirdi:
“Heç nə, sevincimiz 5 dəqiqə çəkdi. Deyiləsi söz yoxdur”.

