“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska gələcəyi haqda danışıb.
İdmanxeber.az-ın məlumatına görə, o, almaniyalı oyunçu Münhen təmsilçisində qalmaq istədiyini bildirib. O, karyerası ilə bağlı bunları dedi:
“Başqa planlarım yoxdur, gələn il böyük işlər görmək üçün “Bavariya”da qalmaq istəyirəm. Almaniya çempionluğunu yenidən qazanmaqla hər şey bitmir.
Milli komandada Ter Stegenlə zarafatlaşdıq. O, mənə dedi ki, Bundesliqanı qazandığımız üçün çox xoşbəxtdir. Çünki Çempionlar Liqasının qrup mərhələsində qarşılaşmayacağıq”.
Qoretska 2018-ci ildən “Bavariya”da çıxış edir. 28 yaşlı almaniyalının müqaviləsi 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.
2022/23 mövsümündə almaniyalı bütün yarışlarda 40 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

