09 İyul 2026
Dünya futbolu

Argentinalı Premyer Liqa klubunu tərk edir

İngiltərənin “Vest Hem” klubu Manuel Lanzinin ayrılacağını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, yayda müqaviləsi başa çatacaq yarımmüdafiəçi ilə sözləşmə yenilənməyəcək. O,  2015-ci ildən “Vest Hem”də çıxış edir.

Ümumilikdə yarımmüdafiəçi “çəkiclilər”in heyətində 226 oyun keçirib, 32 qol vurub və 28 məhsuldar ötürmə edib.

2022/23 mövsümündə “Vest Hem” Premyer Liqanı 40 xalla 14-cü pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43