21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, yığmamız İstanbulda Türkiyənin U-21 millisi ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 57-ci dəqiqədə penaltidən Enis Destan vurub.

