“Kəpəz” yay fasiləsində ilk transferini reallaşdırıb.
İdmanxeber.az-ın məlumata görə, Gəncə təmsilçisi Vurğun Hüseynovu heyətinə cəlb edib.
Mövsüm başa çatdıqdan sonra “Sumqayıt”la yollarını ayıran 35 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə birillik müqaviləyə qol çəkib. Hüseynov ötən mövsüm Premyer Liqada meydana çıxdığı 25 oyunda 1 qola imza atıb.
Vurğun Hüseynov bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlamışdı. O, 2013-2023-cü illərdə “Sumqayıt”ın formasını geyinib.
Xatırladaq ki, oyunçunun Gəncə təmsilçisi ilə anlaşdığını ilk olaraq idmanxeber.az saytı yazmışdı.

