11 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ: “Kəpəz” millimizin sabiq oyunçusunu transfer etdi

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “sarı-göylər” Vurğun Hüseynovla anlaşıb. “Sumqayıt”dan ayrılan oyunçu azad agent statusu ilə Gəncə klubuna keçib.

Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi bildirilir. 35 yaşlı futbolçu bir dönəm Azərbaycan millisinin də formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43