Anxel Di Mariya Benfika ilə bir illik müqavilə imzalamaq üçün razılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər bütün detalları həll ediblər. 35 yaşlı argentinalı ilə danışıqlarda mühüm amil Di Mariyanın həmyerlisi Nikolas Otamendi olub.
İyunun 6-da yarımmüdafiəçi “Yuventus”dan ayrıldığını açıqlayıb. Di Maria 2022-ci ildən klubda çıxış edir.
O, ötən mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.

