“Əl-Nəsr “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviçi transfer etməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, danışıqlar yekun mərhələdədir. Bu gün tərəflər müqavilə şərtlərini müzakirə edəcəklər.
Brozoviç 2015-ci ilin yanvarından “İnter”də çıxış edir. 2022/23 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 40 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.

