18 İyul 2026
Dünya futbolu

Dmitri Nazarovun yeni komandası müəyyənləşdi

Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarovun yeni komandası müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniya Regional Liqada mübarizə aparan “Kikkers Offenbax”la davam etdirəcək.

Qeyd edək ki, Dmitri Nazarov 2014-2022-ci illər aralığında Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43