Rusiyanın ÇSKA klubunun qapıçısı İqor Akinfeyev azarkeşlərin səsverməsinə görə komandanın ötən mövsüm ən yaxşı oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı qolkiper 57 faiz səs toplayıb. Səsvermədə ikinci Fedor Çalov (26 faiz), üçüncü İvan Oblyakov (6 faiz) olub.
2022/23 mövsümündə Akinfeyev komandasında bütün turnirlərdə 35 oyun keçirib, 32 qol buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb.

