“Karyeramı ona görə bitrdim ki, son dönəmlər oynamırdım. Çempionatda çox az forma şansı aldım”.
Bu sözləri idmanxeber.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev karyerasını bitirməsi barədə danıaşrkən deyib. Mövsümü “Səbail”də keçirən təcrübəli oyunçu daha sonra belə davam edib:
“Düşündüm ki, ehtiyatda oturub vaxt keçirməkdənsə, karyeranı bitirmək yaxşıdır. Heç kim futboldan getmək istəməz, hamı oynamaq istəyir. Ancaq hər şeyin öz vaxtı var.
Gec-tez karyeramı bitirəcəkdim. Mən də düşünüb belə qərar verdim. Məncə, elə indi karyeranı bitirmək vaxtı idi. Bundan sonra necə olacağını gələcək günlərdə görəcəyik”.
Həsən Quluzadə

