“Yuventus” Adrien Rabionu klubla yeni müqavilə imzalamağa razı salıb.
İdmanxeber.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, klub nümayəndələri yarımmüdafiəçinin anası ilə yeni müqavilənin şərtlərini razılaşdırıblar.
“Yuventus” Rabioya illik 7 milyon avro maaşla sözləşmə təklif edib. Bu təklif futbolçunu razı salıb və o, yeni müqavilə imzalamağa razı olub.
Mərkəzçi yarımmüdafiəçisi ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə meydana çıxdığı 48 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

