İrlandiya millisinin sabiq hücumçusu Robbi Kin Təl-Əviv “Makkabi”sini çalışdıracaq.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb. Bildirilir ki, 42 yaşlı mütəxəssis yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Əvvəllər Kin “Lids”, “Midlsbro” və İrlandiya yığmasının məşqçilər heyətində yer alırdı. O, ilk dəfədir ki, baş məşqçi kimi çalışacaq.

