21 İyun 2026
İdman

III Avropa Oyunları: Daha bir badmintonçumuzdan uğurlu start

Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən Avropa Oyunlarında ilk görüşünü keçirib.

İdmanxeber.az xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında “D” qrupunda ilk görüşündə Litva idmançısı Samanta Qolubikaite ilə qarşılaşan Zəhra inamlı qələbə qazanıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən badmintonçumuz rəqibini 2:0 (21-16,21-19) hesabı ilə məğlub edib.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan “Krakov-2023″də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43