21 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu Polşa klubuna keçir? – açıqlama

“Səbail”dən ayrılan Turan Manafovun yeni komandası bəlli olur.

Bu barədə futbolçu özü idmanxeber.az saytına açıqlama verib. O bildirib ki, karyerası ilə bağlı yaxın zamanda yekun qərarını verəcək:

“Hələlik dəqiq bir şey yoxdur. Ancaq danışıqlar gedir, ən qısa vaxtda yeni komandamın adı bilinər. Ümid edirəm ki, yaxşı bir klubda karyeramı davam etdirəcəm”

Manafov mətbuatda ona Polşa klubundan təklif olması iddiaları barədə isə bunları deyib:

“Hansısa klubun adını çəkmək istəmirəm, çünki yekun bir nəticə yoxdur. Dəqiq olmayanda ad demək doğru olmaz. Hər halda, iki-üç variant var. Yəqin ki, biri alınacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43