21 İyun 2026
Dünya futbolu

Kvabena Ovusu “Qarabağ”dan danışdı: “Xüsusi bir oyun olacaq”

Macarıstanın “Ferentsvaroş” komandasının futbolçusu Kvabena Ovusu “Qarabağ”a qarşı keçirəcəkləri yoxlama oyunu ilə bağlı klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı hücumçu Ağdam təmsilçisinin güclü kollektivə sahib olduğunu bildirib:

“Bu gün təxminən eyni gücdə olan iki komanda meydana çıxacaq. “Qarabağ”ı yaxşı tanıyıram. Köhnə dostları görmək çox xoş olacaq. Bizi xüsusi bir matç gözləyir.

 Burada özümü yaxşı hiss edirəm. Hamımızın bir məqsədimiz var, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq. Məşqlərimiz gərgin keçir, bu da normaldır. Çünki yüksək səviyyəli görüşlərdə ciddi fiziki hazırlığa ehtiyacımız var. Biz düzgün yoldayıq”.

“Qarabağ” – “Ferentsvaroş” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Kvabena Ovusu ilin əvvəlində “köhlən atlar”dan Macarıstan klubuna keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43