“Real” klubu braziliyalı hücumçu Vinisius Junior üçün yeni müqavilə hazırlayır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi braziliyalı oyunçuya 5 illik yeni sözləşmə təklif edəcək. Müqavilədə Vinisiusun1 milyard avroya sərbəst qalacağı qeyd olunacaq.
Futbolçu ötən mövsüm bütün turnirlərdə 55 oyun keçirib, 23 qol vurub, 21 məhsuldar ötürmə edib.

