Yeni sponsorluq müqaviləsi imzalayan “İmişli” komandası transfer çalışmalarını sürətlənib.
Növbəti mövsümdən iddialı bir heyət formalaşdırmaq istəyən bölgə təmsilçisi Premyer Liqaya yüksəlmək niyyətindədi. Bu səbəbdən də heyətdə ciddi dəyişikliklər olacaq.
Əldə etdiyimiz məlumata görə, “İmişli” hazırda Premyer Liqa təcrübəsi olan bəzi yerli futbolçularla danışıq aparır. Bununla yanaşı, rəhbərlik yeni mövsümdən heyətə əcnəbi oyunçular da cəlb edəcək. Artıq bu istiqamətdə də işlər sürətlənib, gözaltı edilən isimlər var.
Bəzi futbolçularla danışıqların davam etdiyi, yaxın vaxtda transferlərin açıqlanacağı bildirilir.
İdmanxeber.az

