21 İyun 2026
İdman

Gimnastlarımız Macarıstandakı turnirə yollandılar

Azərbaycanın gənc bədii gimnastları iyunun 29-da Macarıstanın paytaxtı Budapeştdə start götürəcək “Junior Cup”da iştirak edəcəklər.

İdmanxeber.az-ın məlumata görə, fərdi gimnastlar Şəms Ağahüseynova, Nuray Əhmədzadə, Nəzrin Abdullayeva, qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova sözügedən şəhərə yollanıblar.

Yarış iyunun 30-da başa çatacaq. Yığma üzvləri daha sonra 1-4 iyulda Budapeştdə təlim-məşq toplanışına qatılacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43