Növbəti mövsümdən “Turan Tovuz” ev oyunları axşam saatlarında da keçirə biləcək.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Tovuz şəhər stadionunda artıq işıqlandırma sistemi ilə bağlı çalışmalar başlayıb. İşlərin ən qısa vaxtda yekunlaşması planlanır.
Cari mövsüm bu səbəbdən ev oyunlarını günorta saatlarında oynayan qərb təmsilçisinin qısa vaxtda bu problemi aradan qaldırılacaq.

