19 İyun 2026
Dünya futbolu

“Mançester Siti” çəkildi

“Mançester Siti” “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysı transfer etmək cəhdlərini dayandırmaq qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” “Arsenal”ın 105 milyonluq təklifinin önünə keçə bilmir. Bu səbəbdən də rəhbərlik oyunçudan vaz keçib.

Bundan əvvəl “Vest Hem” futbolçunu 80 milyon funt-sterlinqə “Mançester Siti”yə satmaqdan imtina etmişdi.

Rays 2022/23 mövsümündə futbolçu komandanın heyətində bütün yarışlarda 50 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib və Konfrans Liqasının qalibi olub.

Proqnoz aqreqatoru


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43