09 İyun 2026
Dünya futbolu

Cəlal Bolqarıstan klubunda növbəti oyununa çıxdı

Bolqarıstanın “Arda” komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti sınaq matçına çıxıb.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun yeni komandası ikinci sınaq görüşünü ÇSKA 1948 kollektivinə qarşı keçirib.

Matç 1:1 hesabıyla bitib. 20 yaşlı mərkəz müdafiəçisi əsas heyətdə meydana çıxıb.

Hüseynov bundan əvvəl “Maritsa” ilə matçda da (3:1) da start heyətində çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43