Bu gün “Neftçi” “Matç TV Kuboku”nda ilk oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu ilk matçında Rusiyanın “Zenit” kollektivi ilə münasibətlərə aydınlıq gətirib.
İlk hissədə Saldanyanın qolu ilə hesabı açan paytaxt klubu ikinci hissədə üstünlüyü əldən verib və məğlub olub – 1:3.
1 iyul
“Matç TV Kuboku”
20:30. “Zenit” – “Neftçi” – 3:1
Qollar: Saldanya, 39-pen (0:1), Mantuan, 49 (1:1), Klaudinyo, 70 (2:1), Bakayev, 80 (3:1)
Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov
“Qazprom Arena”

