08 İyun 2026
Ölkə futbolu

“Sabah” “Qəbələ” ilə qarşılaşacaq

Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayacaq.

İdmanxeber.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv “Qəbələ” ilə qarşılaşacaq. 

Bu barədə məlumatı “Sabah”ın mətbuat xidməti yayıb.

Görüş iyulun 3-də, saat 18:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43