“Matçda Qurbanlının burada olduğunu gördünüz. Deməli, dialoqumuz var. Onun etdiyi mühüm şey klub seçimidir və biz onun bu səhər Stokholma dəvət etdik. Sonra bunun nəyə gətirib çıxaracağını görəcəyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Musa Qurbanlının transfer olduğu “Djurqarden”in idman direktoru Bosse Andersson “Varberq” oyunu sonrası yığmamızın üzvünün keçidi barədə İsveç mətbuatına danışarkən deyib. O, millimizin üzvü ilə necə əlaqə saxladığını da toxunub:
“Whatsapp” vasitəsilə əlaqə saxladıq. Bu, olduqca təbiidir. “Qarabağ” Avropa Konfrans Liqasında oynadı, biz də çıxış etmişik.
Qurbanlı Azərbaycan millisinin heyətində 7 oyuna çıxıb və 1 qol vurub. Bununla belə, o, yeganə potensial satınalma deyil. Kipr “Apollon”unun (Limassoll) üzvü Feliks də matçı tribunadan izləyib. Klub üçün onların seçimləri önəmlidir”.